9 oktyabr 2024 at 18:14
Jurnalist kodu: 5561
Xəbər kodu: 85623143
T T
0 Persons
Əraqçi: Ərəbistandakı müzakirələrimizin regionda sülhə gətirib çıxaracağına ümid edirik

Tehran - İRNA - Xarici İşlər naziri öz səfərimin əsas məqsədinin regional məsələlərin müzakirəsi olduğunu bəyan edərək deyib: “Ümid edirik ki, məsləhətləşmələrimiz Fələstin, Livan və regionda sülh üçün daha yaxşı şəraitə gətirib çıxara biləcək.”

Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşmək və müzakirə aparmaq üçün çərşənbə günü günortadan sonra bu ölkəyə səfər etmiş ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi Ər-Riyada gəldikdən sonra səfərinin məqsədləri ilə bağlı deyib: “Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz inkişaf edir və yaxşı istiqamətdə irəliləməkdədir.”

Əraqçi əlavə edib ki, bu səfərdə məqsədim regional məsələlər və bu regionda, Livanda, Qəzzədə baş verən hadisələr, sionist rejimin törətdiyi cinayətlər, hazırda Livanda olan qaçqınlar və onlara necə kömək etməklə bağlı məsləhətləşmələr aparmaqdır.

Xarici İşlər naziri bildirib: “Səfərimin əsas məqsədi regional məsələləri müzakirə etməkdir. Təbii ki, ikitərəfli məsələlərə gəlincə, biz bunu ayrıca səfərdə mütləq həll edəcəyik.”

Əraqçı sonda qeyd edib: “Ümid edirik ki, bu məsləhətləşmələr Fələstin, Livan və regionda sülh üçün daha yaxşı şəraitə gətirib çıxara biləcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .